latest news- Şişkinlik: artıq mayeni bədəndən necə çıxarmaq olar? breaking news

Su orqanizm üçün çox faydalı hesab edilir, lakin bəzi hallarda dostdan düşmənə çevrilə bilir. Nizami Gəncəvi demişkən “ Bir inci saflığı varsada suda, Artıq içiləndə dərd verir o da”. Bədən üçün suyun əhəmiyyətini eyni zamanda problemlərini necə tanımaq ...

latest news- Şişkinlik: artıq mayeni bədəndən necə çıxarmaq olar? breaking news

Su orqanizm üçün çox faydalı hesab edilir, lakin bəzi hallarda dostdan düşmənə çevrilə bilir. Nizami Gəncəvi demişkən “ Bir inci saflığı varsada suda, Artıq içiləndə dərd verir o da”. Bədən üçün suyun əhəmiyyətini eyni zamanda problemlərini necə tanımaq ...

latest news- Şişkinlik: artıq mayeni bədəndən necə çıxarmaq olar? breaking news
30 Kasım 2022 - 17:20

Sondakika haberleri

Su orqanizm üçün çox faydalı hesab edilir, lakin bəzi hallarda dostdan düşmənə çevrilə bilir. Nizami Gəncəvi demişkən “ Bir inci saflığı varsada suda, Artıq içiləndə dərd verir o da”.

Bədən üçün suyun əhəmiyyətini eyni zamanda problemlərini necə tanımaq olar?

“Yeni Gundem”in araşdırmasına görə, bədənimizin 80%-ə qədəri sudan ibarətdir. Su olmadan insan orqanizmi düzgün şəkildə işləyə bilməz. Buna görə də susuzlaşmanın qarşısını almaq üçün lazımi maye səviyyəsini qoruyub saxlamaq lazımdır. Bədənimizdəki su tərləmə, sidik ifrazı və hətta nəfəs alma prosesində xaric olur.

Suyun orqanizm üçün rolu böyük olduğu səbəbindən onun artıqlığından qurtulma prosesi ilk baxışda əhəmiyyətsiz bəlkə də məntiqsiz bir məsələ kimi görünə bilər. Amma elə deyil.
Həddindən artıq su insanda təzyiqin artması, nəzərə çarpacaq qədər şişkinlik və kökəlməyə səbə olur. Və elektrolit çatışmazlığına səbəb ola bilər, nəticədə natrium səviyyəsi aşağı düşür. Bədənizdə mayenin artıq olduğunu anlamaq üçün baldır, ayaq və ya ayaq biləyi bölgələrinə a yumşaq bir şəkildə basmalısınız.
Əgər ortaya çıxan şiş bir neçə saniyə ərzində yox olmazsa, bu, o deməkdir ki, sizdə ödem var. Hər bir halda problemin mahiyyətini dəqiq müəyyən etmək üçün həkimə müraciət etmək daha yaxşıdır.
Bəs su niyə öz-özünə normal şəkildə bədəndən xaric ola bilmir?
Maye müxtəlif səbəblərdən saxlanılır. Əsas amillər bunlardır:
1.Bədəndə həddindən artıq natrium. Duzlu qidalardan həddindən artıq istifadə suyun böyrəklər tərəfindən mayenin zəif xaric olmasına gətirib çıxarır.
2.Hərəkətsizlik.Hərəkət olmadıqda qan tədarükünün pisləşməsi maddələr mübadiləsinin yavaşlamasına və mayenin zəif pompalanmasına səbəb olur.
Su çatışmazlığı. Nə qədər qəribə səslənsə də, suyun olmaması onun gecikməsinə birbaşa təsir edir, çünki bədənimiz ehtiyatda maye toplamağa başlayır.
Xroniki xarakterli xəstəliklər: iltihab, daxili orqanların xəstəlikləri, ürək çatışmazlığı, tiroid bezinin və endokrin orqanların xəstəlikləri və.s də problemə səbəb ola bilər.
3.Dərmanlar. Antidepresanlar, hormonlar, steroidlər və antiinflamatuar preparatlar və.s
4.Çəki artıqlığının da ödemə səbəb olduğu elm adamları tərəfindən sübut edilmişdir.
5.Hormonal dəyişikliklər. Qan dövranının azalması, şişkinliyə səbəb olur, progesteron və estrogendə artımlar səbəbindən baş verir.
6.Pis vərdişlər. Alkoqollu içkilərin tərəfdarları, həmçinin güclü qəhvə və çay sevənlər də risk qrupuna daxildir. Siqaret çəkənlər ödemdən şikayət edə bilərlər, çünki nikotin birbaşa qan axınına təsir edir, qan damarlarını daraldır və hüceyrələrə oksigen tədarükünün qarşısını alır.
İstənməyən mayeni çıxarmalıyıq.
Özünüzdə maye tutma əlamətlərini tapsanız, hərəkətə keçməlisiniz.

Suyun içilmə rejiminə riayət etmək sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Bədəndə kifayət qədər maye varsa, o zaman su tutma ehtimalı azalır, maddələr mübadiləsi yaxşılaşır. Qadınlar üçün norma gündə 2-2,7 litr, kişilər üçün – 2,5 – 3,7 litrdir.

Ayşən

Yenigundem.az



Bu haber 29 defa okunmuştur.

YORUMLAR

  • 0 Yorum
Günün Başlıkları