dram filmi izleyeni film izlenetflix film izle

Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir - DeputatSonDakika-Haberleri.Net

Sondakika-haberleri.Net Bakı. Elçin Mehdiyev - Trend: Məlum olduğu kimi, ötən həftə Azərbaycanda, paytaxt Bakıda dünyaca məşhur Formula-1 yarışı keçirildi. Sabahdan başlayaraq isə ölkəmiz daha bir dünyamiqyaslı idman yarışına ev sahibliyi edəcək. Daha doğrusu, futbol üzrə Avrop...

Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir - DeputatSonDakika-Haberleri.Net

Sondakika-haberleri.Net Bakı. Elçin Mehdiyev - Trend: Məlum olduğu kimi, ötən həftə Azərbaycanda, paytaxt Bakıda dünyaca məşhur Formula-1 yarışı keçirildi. Sabahdan başlayaraq isə ölkəmiz daha bir dünyamiqyaslı idman yarışına ev sahibliyi edəcək. Daha doğrusu, futbol üzrə Avrop...

Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir - DeputatSonDakika-Haberleri.Net
10 Haziran 2021 - 18:40

Sondakika haberleri: auto;">

Bakı. Elçin Mehdiyev - Trend:

Məlum olduğu kimi, ötən həftə Azərbaycanda, paytaxt Bakıda dünyaca məşhur Formula-1 yarışı keçirildi. Sabahdan başlayaraq isə ölkəmiz daha bir dünyamiqyaslı idman yarışına ev sahibliyi edəcək. Daha doğrusu, futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanda keçiriləcək. Qeyd edim ki, bu bir çox məqamlara görə böyük əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Milli Məclsiin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, əvvəla bu, hərtərəfli inkişafa nail olan Azərbaycanın, həmçinin bir idman ölkəsi kimi də uğurlarından xəbər verir: “Heç şübhəsiz Azərbaycanın sürətli inkişafı, müasir idman infrastrukturuna malik olması bu uğurların əsasında duran məqamlardandır. Eyni zamanda, ölkəmizin bir çox beynəlxalq səviyyəli idman yarışlarına uğurla ev sahibliyi etməsi və bu sahədə böyük təcrübə toplaması da öz sözünü deyir. Yəni, bütün bu amillər beynəlxalq idman qurumlarının nüfuzlu beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinə dair müsbət qərar verməsində mühüm rol oynayır. Bu beynəlxalq qurumların Azərbaycanın gücünə və potensialına olan inam və etimadının təzahürüdür”.

Vüqar İskəndərov bildirib ki, bu yarışın ölkəmizdə keçirilməsi digər baxımdan da önəm kəsb edir: “Belə ki, Azərbaycanın müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir. Bu da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin ötən 18 il ərzində Prezident İlham Əliyev tərəfindən yeni cağırışlara uyğun olaraq uğurla davam etdirilməsi Azərbaycanı qüdrətli dövlətə çevirib. Elə bir dövlətə ki, həm qlobal pandemiyaya qarşı mübarizədə ön sırada dayanır, həm 44 günlük Vətən müharibəsində topraqlarını işğaldan azad edir, həm də müharibədən yarım il sonra beynəlxalq yarışlara ev sahibliyi etmək üçün tam şəkildə hazır olduğuğunu bütün dünyaya nümayiş etdirir”.

Deputatın sözlərinə görə, məsələnin digər bir önəmi də bu kimi dünya səviyyəli tədbirlərin keçirilməsinin Azərbaycanın, ölkəmizin inkişaf səviyyəsinin və turizm potensialının dünyada təbliği baxımından əhəmiyyətilə bağlıdır: “Bəlli olduğu kimi pandemiya dövründə ölkə iqtisadiyyatı, xüsusilə də sürətli inkişaf dövrünə qədəm qoymuş turizm sektoru ciddi zərər çəkib. Bu baxımdan da post-pandemiya dövründə turizmin inkişafı etdirilməsi və əvvəlki göstəricilərin bərpa edilməsi qarşıda duran vacib məsələlərdəndir. Turizmin inkişafı bir tərəfdən dövlət tərəfindən görülən işlərlə bağlıdırsa, digər tərəfdən ölkədə keçirilən beynəlxalq tədbirlər də bu sahənin inkişafına təkan verir. Bu baxımdan pospandemiya dövründə keçiriləcək bu cür tədbrilər zamanı Azərbaycana xarici ölkələrdən çoxsaylı insanlar gələcək. Bu isə həm Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri barədə dünya ictimaiyyətinə məlumat çatdırlması, həm də turuzm potensialının bərpa edilməsi baxımından önəmlidir”.


Sondakika haberleri

Bu haber 98 defa okunmuştur.

YORUMLAR

  • 0 Yorum
Günün Başlıkları
İLGİNİZİ ÇEKEBİLİR x
son dakika10 yaşında parkta oynayan Onur'un vefatine sadece 45 bin TL ceza SonDakika-Haberleri.Net
son dakika10 yaşında parkta oynayan Onur'un vefatine sadece 45...
Sondakika Son dakika Fenerbahçe haberi: Attila Szalai'nin babasından transfer açıklaması! Fenerbahçe... SonDakika-Haberleri.Net
Sondakika Son dakika Fenerbahçe haberi: Attila Szalai'nin...